AZ

Ötən il insan alveri cinayətlərinin qurbanı olmuş şəxslərə ayrılan vəsaitin həcmi açıqlandı

Bakı. TurkicWorld:

2025-ci ildə insan alveri cinayətlərinin qurbanı olmuş şəxslər üçün 70 487 manat vəsait ayrılıb.

TurkicWorld-un məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirə olunan insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Bildirilib ki, 2025-ci ildə təbliğat işində, o cümlədən insan alverinin potensial qurbanlarının maarifləndirilməsində, sosial reabilitasiyasında, onlara hüquqi yardımın göstərilməsində, qurbanlar üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilində qeyri-hökumət təşkilatlarının təqdim etdikləri və ümumi dəyəri 159 min manat olan 10 layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilib.

Eyni zamanda insan alveri cinayətlərinin qurbanı olmuş şəxslərin sosial reabilitasiyasına, sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə 70 487 manat vəsait ayrılıb.

Seçilən
2
1
turkic.world

2Mənbələr