İndoneziyanın Şimali Maluku əyalətində yerləşən Dukono vulkanını püskürüb və nəticədə iki nəfər həlak olub.
Sinxua agentliyi xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Bildirilib ki, axtarış-xilasetmə qrupları vulkan püskürməsi nəticəsində ərazidə ilişib qalan təxminən 20 turistin təxliyəsi istiqamətində əməliyyatları davam etdirirlər.
Məlumata görə, Dukono vulkanı yerli vaxtla səhər saat 07:40 radələrində püskürüb və nəticədə vulkan külü təxminən 10 kilometr yüksəklikdə atmosferə yayılıb.
Yerli xilasetmə xidmətləri sakinlərə kraterdən 4 kilometr radiusda yerləşən ərazilərə yaxınlaşmamaq barədə xəbərdarlıq edib. Həmçinin yağışlar zamanı vulkanik palçıq axınlarının yarana biləcəyi bildirilib.