AZ

​Rusiyanın daha bir neft zavodu vuruldu VİDEO

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Yaroslavl şəhərindəki neft email zavoduna zərbə endirib. Bu obyekt Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirmək üçün istifadə olunub. 

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”-da elan edib.

"Yaroslavl, Ukrayna dövlət sərhədindən 700 kilometrdən çox məsafədədir. O, Rusiyanın müharibəsini maliyyələşdirmək üçün çox vacib olan neft obyektidir", - deyə Zelenski vurğulayıb.

Rusiya Federasiyası 8-9 may tarixlərində atəşkəs elan etsə də, özü Ukraynanı atəşə tutmağa davam edir. Ukrayna isə cavab zərbələri endirməkdədir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
azpolitika.info

1Mənbələr