AZ

Azərbaycanda daha 3 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna alındı

BAKI, 8 may. TELEQRAF

2026-cı ildə daha 3 beynəlxalq şirkət elektron qaydada Dövlət Vergi Xidmətinin portalında vergi uçotuna alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.

Bunlar İsveçrənin “Epic Games Commerce GmbH”, Almaniyanın “Contabo GmbH” və ABŞ-nin “Chess.com LLC” şirkətləridir.

Bununla da elektron qaydada vergi uçotuna alınmış rəqəmsal xidmət təqdim edən qeyri-rezidentlərin sayı 10-a çatıb. Bu isə həmin şirkətlərdən xidmət alan fiziki şəxslər üçün əlavə ƏDV tutulmasının aradan qaldırılması deməkdir. Belə ki, Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə əsasən, həmin şirkətlərə edilən ödənişlər zamanı vətəndaşların vəsaiti hesabına banklar tərəfindən əlavə ƏDV məbləğı artıq hesablanmır.

Seçilən
1
5
teleqraf.com

10Mənbələr