"2005–2025-ci illər üzrə ümumi statistikaya nəzər yetirdikdə, insan alveri qurbanlarının mütləq əksəriyyətinin qadınlar olduğu müşahidə olunur.
Ölkə.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisdə çıxışı zamanı deyib.
O qeyd edib ki, hesabat dövründə müəyyən edilən 1.487 qurbanın təxminən 1.400-ü qadın, cəmi 87-si kişi olub: "Disbalans gender əsaslı risq faktorlarının mövcudluğunu bir daha təsdiqləyir.
Cinayətkarların strukturu da diqqətçəkəndir-2005–2025-ci illər ərzində məsuliyyətə cəlb edilən 660 insan alverçisinin 561-i qadın, 99-u isə kişi olub. Cinayətlərdə qadınların yalnız qurban deyil, təəssüflər olsun, cinayətkar kimi də sayının yüksək olması təhlükəli fenomenin sosial-psixoloji aspektlərinin dərindən öyrənilməsini tələb edir".
Mürtəza