AZ

İran müharibə bitərsə, Hörmüzdə naviqasiya azadlığını təmin etməyə hazır olduğunu bildirib

İran ABŞ-nin İslam Respublikasına qarşı tətbiq etdiyi dəniz blokadasının ləğvi və müharibənin tam başa çatması şərti ilə Hörmüz boğazında naviqasiya azadlığını təmin etməyə hazır olduğunu bəyan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani məlumat verib.

“İran müharibənin tamamilə başa çatması və qanunsuz blokadanın aradan qaldırılması şərti ilə Hörmüz boğazında normal gəmiçilik hərəkətini bərpa etməyə və naviqasiya azadlığını təmin etməyə tam hazırdır”, – deyə Əmir Səid İrəvani BMT-nin qərargahında jurnalistlərə açıqlamasında bildirib.

Seçilən
4
2
azerbaijan-news.az

3Mənbələr