İnsan alveri il bağlı zərərçəkmişlərin reabilitasiyası və reinteqrasiyası üçün görülən zəruri tədbirlər açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumat”ında qeyd edilib.
Qeyd edilib ki, 2025-ci ildə zərərçəkmişlərin hər birinə 700 manat məbləğdə birdəfəlik müavinət ödənilib. Onların hamısı Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yеrləşdirilərək tibbi (HİV, AİDS, CYÖX, ginekoloji, terapevt), sosial, psixoloji, hüquqi yardımlarla və zəruri geyimlə təmin olunub.
Daha 16 qurban pеşə kurslаrınа yönəldilib, 9 qurbanın işlə, 6-nın şəxsiyyət vəsiqəsi ilə təmin edilməsində, 1 qurbanın tibb müəssisəsində müalicə və 11 qurbanın ünvanlı sosial yardım almasında, 23 qurbanın isə аilələrinə qаyıtmasında köməklik еdilib.
Bildirilib ki, t əhlil və araşdırmalar göstərir ki, insan alveri əsasən yoxsulluq və işsizliyin, təhsil və məlumat azlığının, korrupsiya və gender bərabərsizliyinin, silahlı münaqişələrin və dərin sosial-iqtisadi problemlərin mövcud olduğu regionlarda formalaşır, ucuz işçi qüvvəsinə tələbat olan, kommersiya məqsədli cinsi xidmətlərin qanuni fəaliyyət kimi qəbul edilən ölkələrdə isə istismar mərhələsində davam edir.
Lakin Azərbaycanda milli və mənəvi dəyərlərin hər zaman üstün tutulması, ailə institutunun möhkəmliyi, ictimai məsuliyyət, dövlət tərəfindən hüquqi, iqtisadi, sosial, təhsil və təhlükəsizlik sahələrində həyata keçirilən kompleks tədbirlər – insan alverinə qarşı mübarizədə mühüm sosial dayaq rolunu oynayır və təsadüfi deyil ki, insan alveri cinayəti ölkəmizdə qeydə alınan cinayətlərin heç bir faizini belə təşkil etmir (0,6 faiz).
Qeyd edilənlər onu deməyə əsas verir ki, insan alveri Azərbaycan üçün xarakterik hüquqazidd əməl deyil.
"Cebheinfo.az"