AZ

Şərurun 2 kəndinin qaz təchizatı dayandırılacaq

Bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun 2 kəndinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə "Far.Az"un yerli bürosuna Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar olaraq saat 11:00-dan Şərur rayonu, İbadulla kəndinin, saat 15:00-dan isə rayonunun Yengicə kəndinin işlər yekunlaşanadək qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Seçilən
22
3
far.az

5Mənbələr