AZ

Dünya Seriyası: "Neftçi"nin 3x3 basketbol komandası Monqolustan millisinə qarşı

Bakı, 8 may, AZƏRTAC

"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada təşkil olunan Dünya Seriyasında bu gün növbəti oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi 1/4 finalda Monqolustan millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 12:15-də start götürəcək.

Qeyd edək ki, "Neftçi" B qrupunda Polşa və Çin yığmalarını məğlub edərək 1/4 finala yüksəlib.

Seçilən
23
azertag.az

1Mənbələr