AZ

İnsan alveri qurbanları ən çox bu bölgələrdəndir

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanda insan alveri qurbanlarının ən çox qeydə alındığı şəhər açıqlanıb.Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.Belə ki, 2025-ci ildə insan alveri qurbanlarının şəhər və rayonlar üzrə bölgüsündə ilk sırada Bakı qərarlaşıb.

Hesabatda paytaxtda 9 insan alveri qurbanının müəyyən edildiyi bildirilib.Sənədə əsasən, Zərdab rayonunda 3, Abşeron, Ağdam, İsmayıllı, Gəncə, Sumqayıt, Kürdəmir, Kəlbəcər, Naxçıvan və Şəmkirdə isə hər birində 2 nəfər insan alveri qurbanı qeydə alınıb.Ağsu, Ağdaş, Astara, Beyləqan, Biləsuvar, Quba, Şabran, Laçın, Lənkəran, Masallı, Gədəbəy, Göyçay, Zəngilan, Şamaxı, Yevlax və Xocalıda isə hər birində 1 nəfər insan alveri qurbanı müəyyən edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
modern.az

1Mənbələr