Müğənni Akif İslamzadə xəstəxanaya yerləşdirilib.
Metbuat.az axşam.az-a istinadən xəbər verir ki, sənətkar infarkt keçirib.
Təcili yardımın ilkin müdaxiləsindən sonra A.İslamzadə xəstəxanaya aparılıb.
İfaçının oğlu Ayxan açıqlamasında atasının hazırda xəstəxanada olduğunu deyib: “Həkimlər baxış keçirirlər”.