AZ

SEPAH ABŞ esmineslərinə hücumla bağlı açıqlama yaydı

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran qüvvələri tərəfindən hücuma məruz qalan Amerika esmineslərinə ciddi ziyan dəydiyini iddia edir.

Musavat.com xəbər verir ki, bununla bağlı məlumatı SEPAH dəniz komandanlığı yayıb. Məlumatda qeyd olunur ki, esmineslər təcili olaraq Hörmüz boğazından geri çəkiliblər.

Bəyanatda qeyd olunur ki, "kəşfiyyat məlumatları Amerika gəmilərinə ciddi ziyan dəydiyini və düşmənin ağır itki verdiyini göstərir": "Hücumdan sonra üç Amerika hərbi gəmisi Hörmüz boğazından tez bir zamanda çıxdı".

Hərbi Dəniz Qüvvələri komandanlığı həmçinin bildirib ki, ABŞ esmineslərinə hücum zamanı "ballistik raketlər, gəmi əleyhinə qanadlı raketlər və yüksək partlayıcı döyüş başlıqlarına malik kamikaze dronlar"dan istifadə olunub.

 Musavat.com

Seçilən
44
2
musavat.com

5Mənbələr