AZ

Bu məhsullar yuyulduğu zaman ZƏHƏRƏ dönür

Son vaxtlar qida gigiyenası ilə bağlı maraqlı müzakirələr gündəmdədir. Mütəxəssislər bildirirlər ki, bəzi məhsulların yuyulması təmizliyi artırmaq əvəzinə, əksinə bakteriyaların yayılma riskini də artıra bilər.

"Ölkə.az" xəbər verir ki, xüsusilə yumurta, kartof, göbələk və toyuq kimi gündəlik istifadə olunan məhsulların necə təmizlənməsi tez-tez sual doğurur. Kənd yumurtasının üzərindəki çirkin çox olması, yeni çıxan kartofun torpaqla örtülü qalması və ümumilikdə bu məhsulların duz, soda və ya digər vasitələrlə yuyulub-yuyulmaması məsələsi insanlar arasında fərqli yanaşmalara səbəb olur. Əsas sual isə budur: məhsulları necə təmizləmək lazımdır ki, həm gigiyena qorunsun, həm də qidaya zərər dəyməsin?

Qida eksperti İlkin Şirinov mövzu ilə bağlı fikrini bildirib: “Ümumiyyətlə, gigiyena baxımından məhsulların elələri var ki, onların yuyulması mütləqdir, vacibdir. Elə məhsullar da var ki, onların yuyulması həmin məhsullar üçün və ətraf üçün müxtəlif zərərlər, fəsadlar törədə bilər.

Məsələn, yumurta, kartof, göbələk, toyuq və digər məhsullar, həmçinin meyvə-tərəvəzlər buna aid ola bilər. Meyvə-tərəvəzlərin yuyulması mütləqdir. Onlar bəzən sirkəli su ilə də yuyulur. Səbəb nədir? Səbəb həmin meyvələrin üzərində, xüsusilə də mövsümündən əvvəl yetişdirilən məhsulların üzərində pestisidlər, müxtəlif gübrə qalıqları, tozlar və kimyəvi maddələrin qala bilməsidir. Bunlar insan orqanizminə düşərsə, sağlamlıq üçün müəyyən problemlər yarada bilər. Bu baxımdan, onları bəzən az sirkəli su ilə yumaq daha məqsədəuyğun hesab olunur.

Amma məsələn, göbələyi su ilə yumaq düzgün deyil. Çünki göbələyin su çəkmək xüsusiyyəti var və suyu özünə çəkəndə əlavə nəmlik saxlayır. Bu da onun dadına birbaşa təsir edən amillərdən biridir.
Həmçinin kartofu ilıq su ilə, bəzən isə az sodalı su ilə yumaq olar. Amma sonra onu mütləq qurulamaq lazımdır ki, soda tərkibində qalmasın.

Yumurtadan danışırıqsa, yumurtanı da ilıq su ilə yumaq olar. Bu daha çox kənd yumurtalarına aiddir. Çünki market yumurtaları adətən yuyulduqdan sonra təmizlənərək paketlənib satışa göndərilir. Kənd yumurtalarının üzərində isə müəyyən çirklər və narahatlıq yaradan qalıqlar ola bilər. Bu baxımdan onların yuyulması qəbulolunandır. Amma onları soda ilə mütəmadi şəkildə sürtmək o qədər də vacib və tövsiyə olunan məsələ deyil”.

Ekspert toyuq və ət məhsulları ilə bağlı vacib qaydalardan danışdı: “Bunların yuyulması müəyyən şərtlər çərçivəsində olmalıdır. Çünki əti və toyuğu su altında yumaq əksinə, onların tərkibində ola biləcək bakteriyaların ətrafa və digər qidalara sıçramasına şərait yarada bilər. Ən yaxşı üsul əti və toyuğu yaxşı bişirmək, qaynatmaqdır. Bu zaman onların tərkibində ola biləcək bakteriyalar məhv olur.

Bəzən insanlar ən böyük səhvi kabab bişirərkən edirlər. Həmin anda əti və ya toyuğu yuyurlar. Amma düşünmürlər ki, əgər onun tərkibində hər hansı bakteriya və ya mikroorqanizm varsa, bu yuma prosesi həmin mikroorqanizmlərin bir səthdən digər səthlərə keçməsinə şərait yaradır. Bu baxımdan, onların bu şəkildə yuyulması düzgün deyil.

Ən yaxşı variant sanitar-gigiyenik normalara əməl etməkdir. Məhsulu elə yerdən almaq lazımdır ki, həmin məhsulun saxlanma şəraiti və saxlanıldığı mühit qaydalara uyğun olsun. Bu məsələnin bir tərəfidir. İkinci tərəfdən isə, həmin ətin suyu ilə bağlı ən böyük səhvi edirlər. Onlar o suyu başqa qabda saxlayır və ya başqa yerə boşaldırlar. Əgər həmin suyun tərkibində hər hansı bakteriya varsa, bu zaman o bakteriyaların digər səthlərə və qidalara keçməsinə şərait yaranmış olur”.(musavat.com)

Seçilən
1
2
olke.az

3Mənbələr