AZ

Ronaldo 100-cü qolunu vurdu!

Səudiyyə Ərəbistanı Futbol Liqasının 33-cü turunda “Əl-Nəsr” səfərdə “Əl-Şəbab”ı 4-2 hesabı ilə məğlub edib. Qonaq komandanın qollarına Joao Feliks (3-cü, 10-cu və 90+8-ci dəqiqələr) və Kristiano Ronaldo (75) imza atıb. Meydan sahiblərindən isə Yannik Karrasko (30) və Əli Əl-Bulayhi (80) adını tabloya yazdırmağı bacarıb.

Bildirilib ki, bu, Ronaldonun Səudiyyə Ərəbistanı Liqasında 100-cü qolu olub.

Mətləb

Seçilən
3
2
sia.az

5Mənbələr