Böyük Britaniyanın immiqrasiya zabiti "kölgə polis əməliyyatı" çərçivəsində Çin kəşfiyyatı ilə əməkdaşlıq etməkdə təqsirkar bilinib.
Hakimiyyet.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
İttihama görə, 40 yaşlı Çi Leunq Daxili İşlər Nazirliyinin kompüter sisteminə girərək Böyük Britaniyada yaşayan Honkonqlu müxalifləri əsas immiqrasiya məlumat bazası vasitəsilə izləyib.
O, əvvəlcə Milli Təhlükəsizlik Qanununu pozmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə də günahkar bilinib.
Prokurorluq yenidən məhkəmə araşdırması tələb etməyəcəyini bildirib.
Elvin
Hakimiyyet.az