Bakı, 8 may, AZƏRTAC
UEFA Avropa Liqasında finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, "Frayburq" Almaniyada Portuqaliyanın "Braqa" komandası ilə qarşılaşıb. Portuqaliya təmsilçisi ilk görüşdə qələbə qazanıb - 2:1. Cavab görüşündə isə "Frayburq" daha güclü olub - 3:1.
Digər qarşılaşma isə ilk matçda "Nottinqem Forest"ə 0:1 hesabı ilə uduzan "Aston Villa" doğma meydanda 4:0 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, final oyunu "Aston Villa" və "Frayburq" arasında mayın 20-də İstanbulda təşkil olunacaq.