AZ

Hamının axtardığı o üsul — Saçlar günlərlə təmiz qalacaq

Yağlı saçlar bir çox insanın ortaq problemidir və çox vaxt yanlış qulluq vərdişlərindən qaynaqlanır. Saçın tez yağlanması həm estetik görünüşə xələl gətirir, həm də saç diblərinin havasız qalmasına səbəb olur.

Ev şəraitində tətbiq olunan bəzi sadə üsullarla bu problemi minimuma endirmək mümkündür.

İlk növbədə saçları yuma qaydasına diqqət yetirmək lazımdır. Çox isti su baş dərisindəki piy vəzilərini stimullaşdırır və yağ istehsalını artırır. Bu səbəbdən saçları ilıq, hətta mümkün qədər sərin su ilə yumaq məsləhətdir. Şampun seçərkən isə tərkibində ağır yağlar və silikon olmayan məhsullara üstünlük verilməlidir.

Təbii vasitələr arasında alma sirkəsi ən effektiv üsullardan biri hesab olunur. Bir litr suya əlavə edilən iki xörək qaşığı alma sirkəsi saçın pH balansını tənzimləyir. Bu qarışıqla yaxalanan saçlar həm daha gec yağlanır, həm də təbii parlaqlıq qazanır. Həmçinin limon suyu da bənzər təsir göstərərək artıq yağı təmizləyir.

Saçları çox tez-tez daramaq və ya əllərlə toxunmaq da yağlanma prosesini sürətləndirir. Darayarkən saç diblərinə çox təzyiq etməmək vacibdir. Əgər saçlarınızı hər gün yumağa öyrəşmisinizsə, bu tezliyi tədricən azaltmağa çalışın. Çünki dəri itirilən yağı bərpa etmək üçün daha çox piy ifraz etməyə başlayır.//Demokrat.az

Seçilən
1
1
musavat.com

2Mənbələr