Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
"Yeni Sabah" xəbər verir ki, hər iki matç Bakı vaxtı ilə 23:00-da başlayıb.
"Aston Villa" "Nottingem Forest"lə qarşılaşıb. İlk görüşdə minimal hesabla məğlub olan ev sahibləri bu dəfə azarkeşlərini sevindirməyi bacarıb. Unay Emerinin kollektivi rəqibini 4 cavabsız qolla darmadağın edib və adını finala yazdırıb. Dominos pizza
"Frayburq" isə "Braqa"nı üstələməyi bacarıb - 3:1. Komanda ilk oyunda səfərdə 2:1 hesabı ilə məğlub olsa da, iki oyunun nəticəsinə görə sevinən tərəf olub.
Telegram kanalımız