I Liqada 25-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, sonuncu oyun günündə 1 matç keçirilib.
"Cəbrayıl" "Baku Sportinq"lə üz-üzə gəlib. Matç Samir Ələkbərovun komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu ilin əvvəlində “Qəbələ”dən gəlmiş hücumçu Elşad Tağıyev het-trikə imza atıb.
"Cəbrayıl” – “Baku Sportinq” 2:3
Qollar: Dileyn Açimi, 23, Arsene Dauda, 65 // Elşad Tağıyev, 28, 70, 86
Şamaxı OİK stadionu
6 may (çərşənbə)
“Şimal” – MOİK - 1:1
“Difai” – “Şəfa” - 0:0
“Zaqatala” – “Səbail” - 0:3
5 may (çərşənbə axşamı)
“Şahdağ Qusar” – “Mingəçevir” - 2:0
