Avropa İttifaqı (Aİ) iyulun 4-dək ticarət sazişi şərtlərinin özünə aid hissəsini yerinə yetirməsə, ABŞ Prezidenti Donald Tramp Avropa mallarına rüsumları artıracaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə o, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenlə telefon danışığının yekunlarına əsasən "Truth Social" sosial şəbəkə hesabında yazıb.
"AK prezidenti Ursula fon der Lyayenlə əla danışığım olub. Biz bir çox mövzuları müzakirə etdik, o cümlədən İranın nüvə silahı əldə etməməli olduğu qənaətinə gəldik. pizza
Mən səbirlə gözləyirdim ki, Aİ Şotlandiyanın Törnberri şəhərində razılaşdığımız tarixi ticarət sazişinin öz payına düşən hissəsini yerinə yetirsin! Aİ-nin öz tariflərini sıfıra endirərək sazişin öz payına düşən hissəsini yerinə yetirəcəyinə dair söz verilib! Mən ona ABŞ-nin 250 illiyinə qədər vaxt verməyə razılaşdım, əks halda, təəssüf ki, onların tarifləri dərhal xeyli yüksək səviyyələrə qalxacaq", - Tramp bildirib.\\"Report"
Telegram kanalımız