İranın Bəndər-Abbas limanı ərazisindəki partlayışlarla İsrailin əlaqəsi yoxdur.
Redaltor.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"İsraildən olan bir mənbə "i24NEWS" telekanalına müsahibəsində vurğulayıb ki, Təl-Əvivin İranda bu axşam baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur", - məlumatda qeyd olunub:
"Eyni zamanda, bəzi digər mənbələr iddia edir ki, partlayış baş verən ərazini Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qırıcıları bombalayıb".
Qeyd edək ki, hadisənin bütün aspektlərinin ətraflı araşdırılması və irəli sürülən iddiaların yoxlanılması davam edir.
***
23:42
Bəndər-Abbas şəhərinin ətrafında partlayış səsləri eşidilib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "Fars" xəbər agentliyi yayıb.
Məlumata görə, yerli sakinlər şəhərin müxtəlif istiqamətlərindən gələn və partlayışı xatırladan güclü səslər eşitdiklərini bildiriblər. Agentlik qeyd edib ki, hazırda həmin səslərin dəqiq mənbəyi və səbəbi araşdırılır.
Bununla yanaşı, "Mehr" agentliyi Qəşm adasında da oxşar səslərin qeydə alındığını bildirib.
Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir.