“Arsenal” yay transfer dönəmində “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandesi heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, London klubu argentinalı futbolçunun transferi üçün rəqabətə qoşulub. Bildirilir ki, Enzo Fernandes “Çelsi”nin hazırkı layihəsindən tam razı deyil.
Buna baxmayaraq, “Çelsi” 25 yaşlı yarımmüdafiəçini satmağı düşünmür. Enzo bu mövsüm 50 matçda 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.