Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus hərbi hava qüvvələrinin hazırda İranın cənubunda yerləşən İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus strateji hədəflərə hücum etdiyi barədə məlumatlar yayılıb. Regionda hərbi aktivliyin qəfil artması böyük narahatlığa səbəb olub.
KONKRET.az xəbər verir ki, əməliyyatın əsasən İranın cənub sahillərindəki hərbi infrastruktur obyektlərini, logistik mərkəzləri və raket anbarlarını hədəf aldığı bildirilir. Bəndər-Abbas və ətraf bölgələrdə eşidilən güclü partlayış səslərinin məhz bu hava zərbələri ilə əlaqədar olduğu ehtimal edilir.Hələlik BƏƏ və İran rəsmiləri baş verən bu hərbi müdaxilə ilə bağlı rəsmi bəyanat yaymayıblar. Lakin hərbi analitiklər bu addımın regiondakı güclər nisbətinə və onsuz da gərgin olan diplomatik münasibətlərə ciddi təsir göstərəcəyini proqnozlaşdırırlar. Hörmüz boğazı yaxınlığında baş verən bu hərəkətlilik qlobal neft bazarı və naviqasiya təhlükəsizliyi üçün də riskləri artırıb.
Hadisələrin gedişatı və hücumun miqyası barədə ətraflı məlumatlar daxil olduqca oxucularımıza çatdırılacaq.//nocomment.az