AZ

Kriştianu Ronaldunun 971 ci qolu “Əl Nəsr”in qələbəsinə kömək edib

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Səudiyyə Ərəbistanı Pro Liqasının 33-cü turunun “Əl-Şəbab” və “Əl-Nəsr” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar “Al-Shabab Prince Khalid bin Sultan” stadionunda (Ər-Riyad, Səudiyyə Ərəbistanı) qarşılaşıblar. Qonaq komanda 4:2 hesablı qələbəni qeyd edib.

Qonaq komandanın hücumçusu Joao Feliks matçın üçüncü dəqiqəsində ilk qolu vurub. Daha sonra Feliks 10-cu dəqiqədə ikinci qolu vurub. 30-cu dəqiqədə ev sahibi komandanın hücumçusu Yannik Karrasko komandası üçün daha bir qol vurub. İkinci hissədə, 75-ci dəqiqədə Kriştianu Ronaldu "Əl-Nəsr"in üçüncü qolunu vurub. 80-ci dəqiqədə Əli Əl-Bulaihi “Əl-Şəbab”ın ikinci qolunu vurub. Joao Feliks matçın 90+8-ci dəqiqəsində penaltidən vurduğu qolla het-trikini tamamlayıb.

Kriştianu Ronaldu karyerasının 971-ci qolunu vurub.

“Əl-Nəsr” 32 oyunda 82 xalla Səudiyyə Ərəbistanı Liqasının turnir cədvəlinə başçılıq edir. “Əş-Şəbab” 32 xalla 13-cü yerdədir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
icma.az

1Mənbələr