İranın Bəndər-Abbas limanı və Keşm adası ərazisində partlayış səsləri eşidilib.Metbuat.az xəbər verir ki, partlayışlarla bağlı ziddiyyətli məlumatlar yayılıb. Yerli mənbələrin iddiasına görə, bu səslərin bir hissəsi İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazından qanunsuz keçid edən gəmilərə xəbərdarlıq məqsədilə həyata keçirdiyi əməliyyatlarla bağlı ola bilər. Digər tərəfdən, i24NEWS-a danışan İsrail mənbəsi bildirib ki, Təl-Əvivin İranda baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur. Bununla yanaşı, bəzi mənbələr partlayışların Birləşmiş Ərəb Əmirliklərinə məxsus qırıcılarla əlaqəli ola biləcəyini iddia edir.Hazırda hadisənin bütün aspektləri araşdırılır və irəli sürülən iddiaların doğruluğu yoxlanılır.