
ABŞ-ın keçmiş prezidenti Barak Obama CBS telekanalının “The Late Show” proqramının efirində yadplanetlilərin mövcudluğu ilə bağlı sualları cavablandırıb.
AFN.az xəbər verir ki, aparıcının “kiçik yaşıl adamcıqlar” barədə sualına Obama özünəməxsus yumorla aydınlıq gətirib. Eks-prezident qeyd edib ki, hökumətin bu cür böyük sirləri gizli saxlamaq imkanı olduqca aşağıdır.
“Məsələ burasındadır: əgər orada yadplanetli kosmik gəmiləri və ya ABŞ hökumətinin nəzarətində olan başqa bir şey olsaydı, sizə söz verirəm ki, həmin obyekti qoruyan hansısa oğlan mütləq yadplanetlilərdən biri ilə selfi çəkdirib sevgilisinə göndərərdi”, - deyə Obama bəyan edib.
Sabiq dövlət başçısı hökumətin sirləri saxlamağı bacarmadığını vurğulayaraq, qəsd nəzəriyyələrinə inanmamağa çağırıb. O, həmçinin zarafatla əlavə edib ki, yəqin ki, planet üçün yaxşı elçi olardı.