BAKI, 7 may. TELEQRAF
SUMQAYIT, 7 may. TELEQRAF
Sumqayıtda mənzildə qadın meyiti aşkarlanıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayon yaşayış massivində baş verib.
Belə ki, 1964-cü il təvəllüdlü Bayramova Məlahət Əli qızının yaşadığı evdə meyiti aşkarlanıb.
İlkin ehtimallara əsasən, qadının təxminən 10 gün əvvəl vəfat etdiyi bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib.
Faktla bağlı araşdırma davam etdirilir.