İranın Keşm adası və Bəndər-Abbas limanı ərazisində bir neçə güclü partlayış səsi eşidilib.
Publika.az "Fars" agentliyinə istinadla xəbər verir ki, hazırda hadisənin dəqiq səbəbi ilə bağlı araşdırmalar davam edir.
Bəzi mənbələr bu səslərin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazından qanunsuz keçən gəmilərə xəbərdarlıq atəşi açması ilə bağlı olduğunu iddia edirlər.
Bununla yanaşı, bir sıra digər mənbələr partlayış baş verən ərazinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qırıcıları tərəfindən bombalandığını iddia edir. İsrail tərəfi isə rəsmi olaraq bu hadisələrlə heç bir əlaqəsinin olmadığını bildirib.