AZ

Siyasi məhbus rəssam həbsxanada öldü

41 yaşlı siyasi məhbus, rəssam Vladimir Yarotski Rusiyanın Krasnodar diyarındakı İK-9 həbsxanasında həyatını itirib.

Musavat.com xəbər verir ki, Rusiya hakimiyyəti onun ölüm səbəbi kimi intiharı göstərib. Lakin digər məhbusların sözlərinə görə, Yarotski həbsxana rəhbərliyi tərəfindən təzyiqlərlə üzləşirdi. Bildirilir ki, səhhətində problemlər olmasına baxmayaraq, onu gecə saatlarında işləməyə məcbur edirdilər.

Vladimir Yarotski 2025-ci ildə Rusiya ordusunun itkiləri barədə paylaşım və Putinlə bağlı karikaturaya görə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Məlumata görə, o, 2026-cı ilin əvvəlindən bəri Rusiyada həbsdə ölən ən azı yeddinci siyasi məhbusdur.

 

Musavat.com

Seçilən
8
1
musavat.com

2Mənbələr