AZ

Səudiyyə Ərəbistanı və Küveyt ABŞ üçün məhdudiyyətləri aradan qaldırdı

BAKI, 7 may. TELEQRAF

Səudiyyə Ərəbistanı və Küveyt ABŞ-yə bazalarından və hava məkanından istifadə məhdudiyyətlərini aradan qaldırıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti hər iki ölkənin rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası hazırda Hörmüz boğazından kommersiya gəmilərini müşayiət etmək üçün nəzərdə tutulan "Azadlıq Əməliyyatı" adlı dəniz əməliyyatını bərpa etməyə çalışır. Bu əməliyyat ABŞ Prezidentinin bu həftənin əvvəlində Pakistanın vasitəçiliyi ilə İranla davam edən danışıqlar fonunda missiyanın dayandırıldığını elan etməsindən sonra baş verib.

Səudiyyə Ərəbistanı rəsmiləri "The Wall Street Journal" qəzetinə bildiriblər ki, Ər-Riyat və Əl-Küveyt ABŞ-nin İranın Fars körfəzindəki hücumlarını əhəmiyyətsiz hesab etməsindən sonra hərbi bazalardan və hava məkanından istifadəyə qadağa tətbiq etmişdi.

Seçilən
17
1
teleqraf.com

2Mənbələr