AZ

Küçələrdə dilənçilik edənləri hansı cəzalar gözləyir? – VİDEO

Küçələrdə dilənçilik edən şəxslərin sayı və onların gündəlik fəaliyyəti ilə bağlı İTV reportaj hazırlayıb.

Globalinfo.az İTV-yə istinadla xəbər verir ki, şəhərin müxtəlif ərazilərində dilənçilik edən şəxslər səhər saatlarından etibarən “iş başına” keçir və günün pik saatlarında insanların sıx olduğu yerlərdə pul toplayırlar. Onların bəziləri bu fəaliyyəti artıq həyat tərzinə çevirdiklərini deyir.

Reportajda danışan şəxslərdən biri gün ərzində qazancın dəyişdiyini bildirərək, “10, 20 manat olur, insanlardan asılıdır” deyib. Digəri isə qazandığı pulları əsasən gündəlik ehtiyaclara sərf etdiyini qeyd edib. Bəzi şəxslər isə dilənçiliyi məcburiyyət və ya şəxsi səbəblərlə izah ediblər.

Ən diqqətçəkən məqam isə azyaşlıların küçələrdə dilənçiliyə cəlb olunmasıdır. Reportajda 11 yaşlı uşaq da yer alıb. O, topladığı pulları nənəsinin müalicəsi üçün istifadə etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycanda dilənçiliyin qarşısının alınması üçün inzibati tədbirlər sərtləşdirilib. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən:

Dilənçilik edən şəxslər 100-200 manat cərimə oluna bilər;

Vəziyyətdən asılı olaraq 10 günədək inzibati həbs tətbiq edilə bilər;

Azyaşlıların dilənçiliyə cəlb edilməsinə görə 200-500 manat cərimə və ya 15 günədək həbs nəzərdə tutulur.

Seçilən
17
1
turkustan.az

2Mənbələr