AZ

Britaniya məhkəməsi dövlət məmurunu Çin kəşfiyyatı ilə əməkdaşlıqda günahkar bilir

BAKI, 7 may. TELEQRAF

Britaniyanın miqrasiya məsələləri üzrə məmuru Çin kəşfiyyatı ilə əməkdaşlıq etməkdə günahkar bilinib.

Teleqraf xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

İttihamnaməyə görə, 40 yaşlı Çi Leunq Daxili İşlər Nazirliyinin kompüter sisteminə girişindən istifadə edərək Böyük Britaniyada yaşayan honkonqlu müxalifləri əsas immiqrasiya məlumat bazası vasitəsilə izləyib.

O, əvvəlcə Honkonq hakimiyyəti ilə əlaqələrdə onun vasitəçisi olan 65 yaşlı Çun Biu ilə birlikdə Milli Təhlükəsizlik Qanununu pozmaqda və xarici kəşfiyyat xidmətinə kömək etməkdə günahkar bilinib.

Ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddəsi üzrə də cinayət işi açılıb. Məsələ ilə bağlı Çin səfiri Çjen Zequanq Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Təqsirləndirilən şəxslər mayın 15-nə qədər - hökm elan olunanadək həbsdə saxlanılacaq.

Seçilən
21
teleqraf.com

1Mənbələr