AZ

Qırmızı bülletenlə axtarışda olan narkotik qaçaqmalçısı Türkiyədə tutuldu

İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan xarici vətəndaş narkotik qaçaqmalçısı Mersində keçirilən əməliyyatda tutulub.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Vilayət Polis İdarəsinin açıqlamasına görə, Narkotik Cinayətləri və Kəşfiyyat şöbələri Milli Kəşfiyyat Təşkilatı qrupları ilə birlikdə İnterpol tərəfindən narkotik qaçaqmalçılığına görə qırmızı bülletenlə axtarılan xarici vətəndaş E.B.-nin şəhərdə olduğunu müəyyən ediblər.

Qruplar şübhəlini Yenişehir rayonundakı bir ünvanda keçirilən əməliyyatda yaxalayıblar.

QAZİLER.AZ

Seçilən
19
qaziler.az

1Mənbələr