AZ

Ulu Öndərin xatirəsinə həsr olunmuş konsert: “Odlar Yurdunun sədaları”

Bakı, 7 may, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xoru Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Odlar Yurdunun sədaları” adlı konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, proqramda Ümummilli Lider Heydər Əliyevin vaxtilə sevə-sevə dinlədiyi musiqi əsərləri yer alıb.

Gecədə Fikrət Əmirov, Tofiq Quliyev, Şəfiqə Axundova, Müslüm Maqomayev, Ramiz Mustafayev, Ramiz Mirişli və digər unudulmaz bəstəkarların əsərləri səsləndirilib.

Konsertdə xorun solistləri ilə yanaşı, Xalq artisti Mehriban Zəki, Əməkdar artistlər Dilarə Əliyeva, Zakir Əliyev, Əməkdar mədəniyyət işçisi, aşıq Samirə, ifaçılar Nigar Cəlilova və Orxan Hüseynli çıxış edib.

Rəngarəng musiqi nömrələri, bədii təqdimatlar tamaşaçıların könlünü oxşayıb və alqışlarla qarşılanıb.

Seçilən
18
1
azertag.az

2Mənbələr