AZ

Ufuk Polat: "Azərbaycanda keramika idxalının 40%-ni biz təmin edirik"

Azərbaycanda fəaliyyət göstərən "Seranit Azərbaycan" MMC qısa müddət ərzində ölkənin tikinti və keramika sektorunda əhəmiyyətli mövqeyə sahib olub. Hazırda Azərbaycana idxal olunan keramika məhsullarının təxminən 40 faizinin təchizatını biz həyata keçiririk.

FED.AZ xəbər verir ki, bunu "Seranit Azərbaycan" MMC-nin (Seranit Granit Seramik) rəhbəri Ufuk Polat mətbuat nümayəndələri ilə keçilən görüşdə bildirib.  

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyətə başlayandan cəmi bir il yarım keçib: “Hələ ikinci ilimizi tamamlamamışıq. Buna baxmayaraq, çox güclü komanda və mühüm logistika mərkəzi qurmuşuq. Məhsulları vasitəçilər olmadan birbaşa fabrikdən tikinti sektoruna çatdırırıq. Bu da bizə ciddi üstünlüklər qazandırır”.

O qeyd edib ki, şirkətin əsas məqsədi yalnız iqtisadi qazanc əldə etmək deyil, eyni zamanda uzunmüddətli fəaliyyət göstərərək Azərbaycan cəmiyyətinə töhfə verməkdir. “Bizim üçün Bakı ilə İstanbul arasında fərq yoxdur. Azərbaycan və Türkiyə birlikdə qazanmalı və bu uğuru birlikdə paylaşmalıdır”, – deyə o vurğulayıb.

U.Polad bildirib ki, şirkətin fəaliyyəti yalnız biznes məqsədi daşımır, eyni zamanda təhsil və gənclərin inkişafına yönələn proqramlar da həyata keçirilir: Memarlıq sahəsində tələbələr üçün müxtəlif təlim və təcrübə proqramları həyata keçirilir. Həftə ərzində orta hesabla 20-25 memarlıq tələbəsinə praktiki təlimlər verilir, həmçinin Türkiyədə təcrübə keçmək imkanları yaradılır.

Şirkət rəhbəri qeyd edib ki, "Seranit Azərbaycan" MMC Azərbaycan Respublikası  Gənclər və Təhsil Nazirliyinin təşkil etdiyi tədbirlərdə də aktiv iştirak edir, eyni zamanda əsas sponsor qismində çıxış edib. “Bu layihədə Türkiyədən müəllimlərimizi dəvət etdik və onlar tələbələr üçün təlimlər keçdilər. Təxminən 150 tələbənin qatıldığı proqram olduqca faydalı alındı”, – deyə o vurğulayıb.

[red]Ufuk[red]Ufuk
Seçilən
14
fed.az

1Mənbələr