Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Torpaqların əkilməsinə nail olmalıyıq. Bu məsələ ilə bağlı dünya ölkələrinin praktikasını araşdırmışıq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oxu.az-a müsahibəsində deyib.
“Qeyd edim ki, Türkiyədə “toprak toplulaşdırma” layihəsi mövcuddur. Eyni təcrübəni Azərbaycana gətirmək istəyirik. Çünki ölkədə torpaq sahələri olduqca parçalanmış vəziyyətdədir: bir fermerin üç-dörd yerdə sahəsi var, yəni pərakəndədir. Burada məqsəd ayrı-ayrı məkanlarda olan torpaq sahələrini bir yerə gətirməkdir. Onları yol, su, drenaj infrastrukturu ilə təmin etməliyik. Müasir suvarmanın qurulmasına da xüsusi diqqət ayıracağıq. Bunlar olduqdan sonra işlər xeyli asanlaşar. Bundan başqa, Türkiyədə başqa bir təcrübə də var ki, fermerin sahəsi boş qalıbsa, yəni tutaq ki, o köçübsə, dövlət tərəfindən yaradılan komissiya torpağı başqa şəxsə icarəyə verir. Oradan gələn gəlirin bir hissəsi əməliyyat xərclərinə sərf edilir, yerdə qalan hissə isə mülkiyyət sahibinin bank hesabına köçürülür. Azərbaycanda da bu istiqamətdə qanun layihəsi üzərində işləyirik. Qanun qəbul olunarsa, bu istiqamətdə işlər görəcəyik”, - deyə nazir əlavə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.