“Yaxşı oyun alındı.
Çətin olacağını bilirdik, çox çalışdıq və qalib gəldik”.
Sportinfo.az xəbər verir ki, bu barədə “Neftçi”nin futbolçusu İfeanyi Metyu səfərdə “Karvan-Yevlax”ı 3:0 hesabı ilə məğlub etdikləri Misli Premyer Liqasının 30-cu tur matç haqda deyib.
Nigeriyalı yarımmüdafiəçi son 3 görüşdə UEFA Konfrans Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirəcəklərini bildirib.
29 yaşlı oyunçunun fikrincə, komandasının avrokubok şansları kifayət qədər realdır.
Metyu gələn mövsüm də ”Neftçi”də qalıb-qalmayacağını hələ bilmədiyini söyləyib:
“Bu, sevdiyim klubdur, buradakı insanlarla münasibətim çox yaxşıdır. Mövsüm bitsin, agentimlə müzakirə edəcəyik”.
İfeanyu Metyu 2025-ci ilin sentyabrında “Neftçi”yə 1 illik müqavilə əsasında transfer olub.