AZ

Bu yolun bir hissəsi su altında qaldı - VİDEO

Şəki-Qudula -Şorsu yolunun bəzi hissələri su altında qalıb. Xezerxeber.az xəbər verir ki, buna səbəb son günlər yağan şiddətli yağışlar nəticəsində Əyriçay su anbarında suyun artmasıdır. Nəticədə Qudula kəndinin Yevlax Gürcüstan magistralı və Şəki istiqamətində olan mövcud hər iki yol bağlanıb. Sakinlərin sözlərinə əsasən 15 günə yaxındır ki, yolu basan suyun içindən çətinliklə keçməli olurlar.

 

 Vəziyyətlə əlaqədar Dövlət su ehtiyatları Agentliyinin Şəki su melorasiya sistemlərinin istismarı idarəsinə müraciət etdik. Bildirildi ki, Şəki Rayon İcra hakimiyyətinin nümayəndələri başda olmaqla, aydiyyatı qrumlarla həmin kəndlərə, ərazilərə baxış keçirilib və vəziyyətin aradan qaldırılması üçün genişmiqyaslı maliyyə xərci tələb olunduğundan aydiyyatı üzrə baş idarələrə müraciət edilib.

 

Tarix: 7 May 2026, 22:33   
Seçilən
19
pravda.az

1Mənbələr