AZ

Prezidentin mükafatlandırdığı 86 yaşlı xalq artisti “Xoş xəbəri eşidəndə namaz üstündə idim, qonaqlıq verəcəm”

ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Xoş xəbəri mənə verəndə namaz üstə idim. Gördüm ki, telefonlarım susmur. Bildim ki, nəsə baş verib. Teatrımızdan zəng edib dedilər ki, prezidentin fərdi təqaüdünə layiq görülmüsən. Bu mənim üçün çox sevindirici və xoş xəbər oldu. Sözün düzü gözləmirdim. 86 yaşım var. Hazırda aktiv teatr fəaliyyətim yoxdur. Amma bircə onu bilirəm ki, öz zəhmətimdir. Yaşamalıyam ki, bu təqaüdü sağlamlığıma və özümə xərcləyim. Təqaüdü aldığım gün bütün yaxınlarıma və sənət yoldaşlarıma qonaqlıq verəcəm”

Bunu Moderator.az-a açıqlamasında Sumqayıt Dövlət Dram Teatrının ilk aktrisalarından biri, xalq artisti Svetlana Həkimova deyib. O daha sonra əlavə edib:

“Sumqayıtda teatr açılanda oranın ilk aktrisalarından biri olmuşam. O vaxt valideynlər övladlarını teatra buraxmırdılar, aktrisa olmağını istəmirdilər. Canımı bu teatrda qoyub, həyatımı aktrisalıq sənətinə həsr etmişəm. Mənim ailəm də, övladım da teatr olub. O vaxtı təkcə hazırda yaşadığım bu evi mənə zavodda işlədiyimə görə veriblər. Təqaüdə görə bundan əvvəlki nazirlərin qəbuluna getsəm də heç bir xeyri olmurdu. Ötən il Mədəniyyət Naziri Adil Kərimlinin müavini mənə qəbul etdi və söz verdi ki, bu işə şəxsən özü nəzarət edəcək. Elə sizin saytda yazı yayımlanandan sonra məni nazirliyə dəvət etdilər. Bu yaşımda məni sevindirdiyi üçün cənab prezidentə, Mədəniyyət Nazirinə öz təşəkkürümü bildirirəm” deyə aktrisa bildirib.

Svetlana Həkimova çəkilişlərdə çəkilmək istədiyini də bildirib:

“Canım sağlamdır, ayağım yeriyir, istərdim ki, filmlərdə çəkilim. Bir az qulağım ağır eşidir. Amma elə çəkilişlər var ki, orada bu mənə problem yaratmır. Ara-sıra reklamlara, videroliklərə və qısametrajlı filmlərə çəkilirəm. Bir az qonorar zəif verilir. Bu da yüksək olsa yaxşı olar” deyə Svetlana Həkimova deyib.

//moderator.az/az/read/849219/

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
moderator.az

4Mənbələr