AZ

Dünyanın ən sağlam ədviyyatı seçildi Zəncəfil deyil

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Zəncəfil və sarıkökün populyarlığına son qoyacaq yeni araşdırmanın nəticələri açıqlanıb. Son elmi tədqiqatlar mətbəximizdə hər zaman olan ədviyyatın antioksidant gücü ilə bütün rəqiblərini geridə qoyduğunu sübut edib.Demokrat.az xəbər verir ki, qida kimyaçıları tərəfindən aparılan sınaqlar nəticəsində dünyanın ən yüksək antioksidant dəyərinə malik məhsulu müəyyənləşib. Məlum olub ki, illərdir faydaları ilə tanınan zəncəfil və istiotu kölgədə qoyan həmin "super ədviyyat" mixəkdir. Tərkibindəki "öjenol" komponenti sayəsində mixək hüceyrələri sərbəst radikalların hücumundan qoruyur və bədəndəki xroniki iltihabı qısa müddətdə aradan qaldırır.Mixəyin vahid çəki başına düşən faydalı birləşmə miqdarı zəncəfil və sarıkökdən qat-qat çoxdur.Bu ədviyyatın müntəzəm və doğru miqdarda qəbulu orqanizmdə bir çox müsbət dəyişikliklərə səbəb olur. Mixək qaraciyər funksiyalarını dəstəkləyərək piylənmənin qarşısını alır, mədə turşusunu tənzimləyir və həzm fermentlərini aktivləşdirərək köp problemini həll edir. Eyni zamanda insulinin həssaslığını artıraraq qan şəkərini balansda saxlayan bu vasitə, ağız boşluğundakı zərərli bakteriyaları yox edərək diş əti sağlamlığını qoruyur.Mütəxəssislər bildirir ki, mixəkdən maksimum fayda görmək üçün onu sadəcə çaya atmaq kifayət deyil. Ədviyyatın əzilərək və ya toz halına salınaraq yeməklərə əlavə edilməsi onun tərkibindəki faydalı yağların üzə çıxmasını asanlaşdırır. Lakin tərkibi çox güclü olduğu üçün gündəlik bir-iki ədəd və ya yarım çay qaşığı toz formasından artıq istifadə edilməməlidir.Yəni, aparılan araşdırmalar göstərir ki, mixək orqanizmi zərərli maddələrdən təmizləmək, həzmi yaxşılaşdırmaq və şəkəri tənzimləmək baxımından ən güclü təbii vasitə hesab olunur.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
3
demokrat.az

4Mənbələr