Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın Belarusla bağlı açıqlamalarına sərt reaksiya verib.
Musavat.com xəbər verir ki, Zaxarova Simonyanın Belarusun nailiyyətlərinə “qeyri-insani dərəcədə paxıllıq etdiyini” bildirib.
Rusiya XİN rəsmisinin sözlərinə görə, Belarusun müxtəlif sahələrdə əldə etdiyi uğurlar Simonyan üçün “Aya qədər olan məsafədən də uzaqdır”.
“Bu, sadəcə qeyri-insani paxıllıqdır. Paxıllıqdan belə danışıb. Belarusun müxtəlif sahələrdə əldə etdiyi uğurlar Alen Simonyan üçün Aya qədər deyil, ondan da uzaqdır”, - deyə Zaxarova vurğulayıb.
O, həmçinin Ermənistan KİV-lərinə və bloqerlərə çağırış edərək Belarus səfərinə getməyi, oradakı inkişafı yerində görməyi və hazırladıqları materialları Simonyana göstərməyi tövsiyə edib.
Musavat.com