AZ

Fransa İrana qarşı sanksiyaların yumşaldılmasına qarşıdır

ain.az, Ayna saytına istinadən bildirir.

“Tehran Hörmüz boğazını açana qədər İrana qarşı sanksiyaların yumşaldılması ehtimalı müzakirə edilməməlidir”

“Tehran Hörmüz boğazını açana qədər İrana qarşı sanksiyaların yumşaldılması ehtimalı müzakirə edilməməlidir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib.

"Boğaz bəşəriyyət üçün ortaq bir nemətdir; onu bağlamaq, tarif tətbiq etmək və ya təsir vasitəsi kimi istifadə etmək olmaz", - nazir qeyd edib.

Barro vurğulayıb ki, "boğaz bağlı qaldığı müddətcə İrana qarşı hər hansı sanksiyaların ləğvi mümkün deyil".

O həmçinin Fransa təyyarədaşıyan gəmisi "Şarl de Qoll"un Yaxın Şərqə göndərilməsi ilə bağlı şərh verərək qeyd edib ki, bu addımlar "müdafiəmizi gücləndirir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
ayna.az

1Mənbələr