İsrail ordusu Qəzzada HƏMAS rəhbərlərindən biri olan Xəlil əl-Həyyanın oğlu Azzam əl-Həyyaya qarşı zərbə endirib.
Musavat.com xəbər verir ki, bu barədə İsrail hərbi mənbələri məlumat yayıb.
Məlumata görə, əməliyyat nəticəsində Azzam əl-Həyyə həlak olub. Bununla da Xəlil əl-Həyyanın son illərdə İsrail əməliyyatları zamanı öldürülən oğullarının sayı dördə çatıb.
Xəlil əl-Həyyə HƏMAS-ın əsas siyasi liderlərindən biri hesab olunur və təşkilatın rəhbərliyində mühüm fiqurlardan sayılır.
Musavat.com