AZ

Fermer təsərrüfatlarında günəş enerjisi tətbiqi sadələşdirilib

Mövcud qanunvericilik Azərbaycanda ayrı-ayrı fermer təsərrüfatlarında “yaşıl enerji”dən, xüsusilə günəş panellərindən istifadəyə imkan verir. Bu barədə energetika nazirinin müavini Samir Vəliyev Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunun üçüncü günündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, “Azərişıq” və ya yaxın enerji sistemindən texniki şərt alınmaqla 150 kV-a qədər güc üçün əlavə icazə tələb olunmur. Samir  Vəliyev qeyd edib ki, aqrar sektorda süni intellekt və rəqəmsallaşmanın tətbiqi əsasən enerji səmərəliliyinin artırılmasına xidmət edir. Onun sözlərinə görə, kənd təsərrüfatı enerji tutumlu sahə olduğundan burada müasir texnologiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Nazir müavini bildirib ki, bərpa olunan enerji mənbələrinin artan istifadəsi enerji sisteminin daha səmərəli idarə olunmasını zəruri edir və bu prosesdə rəqəmsallaşma mühüm rol oynayır. O əlavə edib ki, günəş və külək enerjisinin düzgün planlaşdırılması üçün hava proqnozlarının nəzərə alınması vacibdir. O, həmçinin vurğulayıb ki, “ağıllı istixana”lar və müasir suvarma sistemləri enerji qənaətinə və məhsuldarlığın artmasına imkan yaradır. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonası elan olunması bu sahənin inkişafını daha da sürətləndirir.

Nazir müavini qeyd edib ki, fermerlər üçün texniki şərt prosedurlarının sadələşdirilməsi alternativ enerji mənbələrinə keçidi daha da asanlaşdırır və bu istiqamətdə dövlət tərəfindən həm texniki, həm də məsləhət dəstəyi göstərilir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Seçilən
17
azerbaijan-news.az

1Mənbələr