AZ

Kremldə hakimiyyət davası – Putindən sonra…

Rusiya Prezidenti Vladimir Putinin ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, mümkün sui-qəsd və hakimiyyət dəyişikliyi ilə bağlı iddialar getdikcə artır. “Newsweek” nəşri bu barədə yazıb. Yazıda Putindən sonra iqtidara gələ biləcək adlar açıqlanıb. Onlar Putinin keçmiş mühafizəçisi və köməkçisi Aleksey Dyumin, Kremlin daxili siyasət kuratoru Sergey Kiriyenko və baş nazirin müavini Dmitri Patruşevdir. Həmçinin qeyd olunur ki, Rusiya Təhlükəsizlik Şurasının keçmiş katibi Nikolay Patruşev və ya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikovdur.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Musavat.com-a deyib ki, totalitar rejimlərin doğurduğu problemlərdən biri də varislik məsələsidir: “Bir çox hallarda hakimiyyətdə olan şəxs özündən sonra varis qoymur. Putinin iqtidardan gedəcəyi və səlahiyyətlərini kiməsə ötürəcəyi yaxın perspektivdə görünmür. Doğrudur, müəyyən adlar çəkilir, yaxud fərziyyələr irəli sürülür. Hesab edirəm ki, bütün bunların Kreml sahibinə aidiyyatı yoxdur. Rusiya cəmiyyəti də tarixən bu tip idarəçiliyə öyrəşib”.

Ə.Orucova görə, Putin həyatda olmayandan sonra hakimiyət uğrunda mübarizə güclənəcək: “Adları çəkilən fiqurlar iddialarını ortaya qoya bilərlər. Ancaq gözlənilməyən yeni sima da ortaya çıxa bilər. Elə Putinin hakimiyyətə gəlişi də belə olub. Yəni Yeltsinin ətrafındakı odioz fiqurlar kənarda qaldı, heç kəsin tanımadığı Putin iqtidarın başına keçdi. Üstəlik, kim gələcəksə, Rusiyanın siyasi kursu dəyişməyəcək”.

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
6
musavat.com

1Mənbələr