AZ

“Əbədiyyət zirvəsinə yüksələn ümummilli lider” FOTOLAR

Ses qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

7 may 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şərur Rayon Mədəniyyət Sarayında Şərur Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının birgə təşkilatçılığı ilə umummilli lider, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Əbədiyyət zirvəsinə yüksələn ümummilli lider” adlı tədbir keçirilmişdir. Əvvəlcə ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin Şərur şəhərindəki mərkəzi prospektdə ucaldılmış əzəmətli abidəsi partiya üzvləri tərəfindən ziyarət olunmuş, heykəlin önünə ehtiram əlaməti olaraq tər qərənfillər düzülmüşdür.

Tədbirdə ilk olaraq ümummilli lider Heydər Əliyev və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri Əmir Babayev və Şərur Rayon İcra Hakimiyyətinin başçısının müavini Aysel Zeynalabdinova ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən geniş bəhs etmiş, onun müasir Azərbaycan dövlətinin qurulmasında əvəzsiz rolunu vurğulamışlar. Çıxışlarda qeyd olunmuşdur ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, ölkəmizin regionda aparıcı və həlledici gücə çevrilməsində mühüm rol oynamış, xalqımızın qəlbində əbədiyaşar lider kimi möhtəşəm bir abidə ucaltmışdır. Daha sonra partiya fəalları mükafatlandırılmış və partiya sıralarına yeni daxil olmuş üzvlərə vəsiqələr təqdim olunmuşdur.

Tədbirin sonunda “Əbədiyyətin ilk əsri-Heydər Əliyev” adlı sənədli film göstərilmişdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
sesqazeti.az

1Mənbələr