Atasını 7 bıçaq zərbəsi ilə qətlə yetirən Ayxan Vəlizadənin cinayət işinin bəzi detalları məlum olub.
AzNews.az "Unikal"-a istinadən xəbər verir ki, hadisə 2025-ci ilin dekabrın 11-də Sabunçu rayonunun Ramana qəsəbəsi "Gülçülük Sovxozu" ərazisində baş verib.
İttiham aktında göstərilib ki, həmin gün saat 21 radələrində Ayxanın atası, 1981-ci il təvəllüdlü İftixar Vəlizadə qızı Lamiyəni dərsdən qayıdarkən yolda bir oğlanla gördüyünü bəhanə edərək döyüb, hətta evin mətbəxindən bıçaq götürərək ona xəsarət yetirmək istəyib. Anası Səadət Vəlizadə buna mane olmaq istəyəndə atası ona da xəsarət yetirir. Ayxan atasının bacısına və anasına yetirdiyi xəsarətlərin görüb onun buəməllərinin qarşısını almağa çalışır. Və o, atası əlbəyaxa olur və bıçağı onun əlindən alaraq zərərsizləşdirir.
İstintaqla müəyyən edilib ki, buna baxmayaraq, Ayxan atası İftixar Vəlizadənin bu qanunsuz və aqressiv hərəkətlərini davam etdirməsindən hiddətlənərək ondan qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib.