AZ

Bitki və heyvan mənşəli piylər və yağların ixracı artıb

Bu ilin yanvar-mart aylarında ölkədən 9,89 milyon ABŞ dolları dəyərində 6,88 min tondan çox bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 68,38 faiz, həcmi isə 45,49 faiz artıb.

Cari ilin ilk rübündə sözügedən məhsulun ümumi ixracda xüsusi çəkisi 0,18 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,15 faizə bərabər olub.

Seçilən
2
vergiler.az

1Mənbələr