AZ

Maaş kartları ilə bağlı yenilik İşçi özü seçim edəcək

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İlk növbədə əməkhaqqı müqaviləsi ilə çalışan vətəndaşlarımızın öz banklarını könüllü şəkildə seçməsi reallaşacaq".

Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, hazırda bank seçimi işəgötürən tərəfindən həyata keçirilir:

"İşçi tərəfindən bank seçimi reallaşmır. İşəgötürənin hansı bankda hesabı varsa, həmin bank üzrə işçilərə əməkhaqqı kartları təqdim olunur. Artıq yeni sistem yaradılmaq üzrədir və yaxın aylarda istifadəyə veriləcək. Bu sistemin özəlliyi ondan ibarətdir ki, mobil aplikasiya üzərindən vətəndaş özü hansı bankdan əməkhaqqı kartını almaq istədiyini seçə biləcək. 

Bu imkan verəcək ki, vətəndaş ona yaxın olan və ya özünün əməkdaşlıq etmək istədiyi bankı seçərək onun kartı ilə əməkhaqqı ala bilsin.Bu, işçiyə seçim və vaxta qənaət imkanı deməkdir. Bu halda işçi özü seçiminə uyğun olaraq bankla bağlı qərar verəcək".

Anar Kəlbiyev

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
unikal.az

2Mənbələr