Bir çox insan bu problemi yaşasa da, utanıb danışmır.
Amma anus ətrafında qaşınma həm sadə səbəblərdən, həm də bəzi sağlamlıq problemlərindən qaynaqlana bilər.
Bu simptom bəzən keçici olur, bəzən isə bədənin verdiyi siqnal ola bilər.
Medicina.az ən çox yayılmış səbəbləri təqdim edir:
1. Şəxsi gigiyena problemləri
Həm az, həm də həddindən artıq yuma problem yarada bilər.
Xüsusilə:
sərt sabunlar,
ətirli gigiyena məhsulları,
nəm salfetlər,
güclü sürtmədərini qıcıqlandıra bilər.
2. Göbələk yoluxması
Nəmlik və tərləmə:
qaşınma,
yanma,
qızartı yarada bilər.
Dar və sintetik alt paltarları vəziyyəti artıra bilər.
3. Babasil (Hemoroid)
Babasil zamanı:
qaşınma,
yanma,
narahatlıq,
bəzən qanama ola bilər.
Uzun müddət oturmaq və qəbizlik riski artırır.
4. Qurd İnfeksiyası
Xüsusilə gecə artan qaşınma bəzi parazitlərlə əlaqəli ola bilər.
Bu hal uşaqlarda daha çox görülsə də, böyüklərdə də mümkündür.
5. Qəbizlik və həzm Problemləri
Sərt nəcis və tez-tez tualetə getmək:
dərini zədələyə,
qıcıqlandıra bilər.
Bağırsaq problemləri anus ətrafını həssaslaşdıra bilər.
6. Allergiya
Bəzi insanlarda:
acı yeməklər,
çox kofein,
sitrus məhsulları,
alkoqolqaşınmanı gücləndirə bilər.
7. Stress
Maraqlıdır ki, stress də qaşınmanı artıra bilər.
Xroniki gərginlik:
Maraqlıdır ki, stress də qaşınmanı artıra bilər.
Xroniki gərginlik:
və Sinir Sistemi
Maraqlıdır ki, stress də qaşınmanı artıra bilər.
Xroniki gərginlik
dərinin həssaslığını,
qaşınma hissini artırır.
Bəzən analizlər normal olur, amma simptom davam edir.
Əgər:
qanama,
şiddətli ağrı,
irin,
uzunmüddətli qaşınma,
arıqlama,
dəridə yara varsa, mütləq həkim müayinəsi lazımdır.
Aygün Musayeva